XƏBƏR LENTİ

01 Oktyabr 2020

Digər Xəbərlər

02 Sentyabr 2018 - 18:15

İranın ali dini rəhbəri orduya əmr verdi:"Daim hazırlıqlı olun, güclənin..."

Trampın İranla bağlı son bəyanatı İran rejimini hərəkətləndirib.

Strateq.az xarici mətbuata istinadən bildirir ki, İranın ali dini rəhbəri Ayətullah Xamnei bu gün orduya əmr verib.

Ali dini liderin rəsmi internet səhifəsində verilən məlumatda Xamnei əsasən hərbi hava qüvvələrinin gücləndirilməsinin vacibliyini önə çəkib.

Xamneinin sözlərinə görə, ABŞ-la müharibə ehtimalı olmasa da, İran ordusu daim hazırlıqlı olmalıdır: “Ordunun şəxsi heyəti və texnikasının üstünlükləri artırılmalıdır. Xüsusən hərbi hava qüvvələrimiz və müdafiə sistemlərimiz gücləndirilməlidir”.

Xatırladaq ki, bir neçə gün əvvəl Tramp İranla bağlı növbəti təhdid xarakterli açıqlama verib. O, İranın yox olacağını deyib:

“Mən vəzifəyə gələn vaxtı əsas sual o idi ki, İran nə vaxt Yaxın Şərqə hakim olacaq. İndisə sual budur ki, həyatda qalacaqlarmı? Bu, bir il yarımda böyük fərqdir”.