XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

04 Sentyabr 2018 - 20:04

Etibar Pirverdiyev danışdı:"Prezidentə hər şey daha yaxşı məlumdur"

“Mən Prezident İlham Əliyevin sərəncamına hörmətlə yanaşıram. Mən həmişə Heydər Əliyevin və İlham Əliyevin ideyalarının tərəfdarı olmuşam və olacağam. Hesab edirəm ki, prezidentə hər şey daha yaxşı məlumdur”.

“Azərenerji”nin sabiq başçısı Etibar Pirverdiyev bunu virtualaz.org-a öz istefasını şərh edərkən deyib.

İstefasının Mingəçevirdəki qəzanın nəticələri ilə bağlı olub-olmadığı barədə suala cavab verərkən Etibar Pirverdiyev qeyd edib ki, Dövlət Komissiyasının rəyinə hörmətlə yanaşır, hərçənd nüfuzlu beynəlxalq komissiyaların nümayəndələri də müvafiq rəylərini vermişdilər.