XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 September 2018 - 23:12

Rəsmi Moskva ABŞ-ı “şantaj”da ittiham etdi, Türkiyəyə ismarıc verdi:"Rusiya, İran və Türkiyə İdliblə bağlı anlaşacaq..."

ABŞ-ın BMT-dəkı daimi təmsilçisi Nikki Heylinin “Rusiya, İran və Əsəd rejimini  Suriya böhranının siyasi həlli maraqlandırmır.  Türkiyə artıq bunu öyrəndi” açıqlamasına Rusiyadan rəsmi cavab gecikməyib.

Strateq.az xarici mətbuata istinadən bildirir ki, Rusiyanın BMT-dəki daimi təmsilçisi Vasili Nebenziya Niki Heyliyə cavab olaraq, İdlibdə Əl-Nüsra və İŞİD üzvlərinin olduğunu deyib: “Rusya, İran və Türkiyə  Suriyada bütün terror qalıntılarını təmizləmə məsələsində həmfikirdir. Bizlər Suriyada siyasi həlldən alternativ yol görmürük. Siyasi həllə qərar verən silahlı müxalifləri terrorçulardan təcili ayırmağa ehtiyac var”.

Nebenziya bildirib ki, Astana razılaşmasının təminatçıları olan Rusiya, İran və Türkiyənin İdlib əməliyyatı ilə bağlı anlaşacaqlarına inanır: “Biz belə bir anlaşmanın olacağını düşünürük. Qaldı İdlibdəki cihadçılarla, onları loyal müxaliflərdən ayırmaq isə Türkiyənin cavabdehliyindədir”.

Rusiiya təmsilçisi deyib ki, Suriyanın yenidən qurulması istiqamətində uyğun şərtlər formalaşıb: “Suriyada humanitar yardıma, minaların təmizlənməsinə və dağıntıların aradan qaldırılmasına böyük ehtiyac var. Suriyalı qaçqınların geri dönmələri üçün Əsəd hökuməti tam təminat da verib. Bununla bağlı da Türkiyə və İranla birlikdə beynəlxalq konfrans təşkil etməyi planlaşdırırıq. Lakin görünən odur ki, Qərb bu məsələlərdə də “siyasi şantaj”a keçib”.

Nebenziya sonda bildirib ki, Astana razılaşmasının təminatçısı olan Rusiya, İran və Türkiyə növbəti toplantını Rusiyada keçirəcək: “Həmin toplantıda çox məsələlərin razılaşdırılacağını düşünürəm”.