XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 September 2018 - 22:23

Türkiyədə 4 ölkə liderinin xüsusi nümayəndələri görüşdü:"Bu hücumun nəticələri çox ağır olacaq"

Bu gün Türkiyə, Rusiya, Almaniya və Fransa liderlərinin nümayəndələri İstanbulda İran və Rusiyanın dəstəklədiyi  Əsəd rejiminin İdlibə gözlənilən hücumu ilə bağlı görüş keçiriblər. 

Strateq.az xarici mətbuiata istinadən bildirir ki, prezident Ərdoğanın sözçüsü İbrahim Kalının rəhbərlik etdiyi Türkiyə heyəti ilə Rusiya, Fransa, Almaniya nümayəndələri əsasən İdlibdəki gərginliyi müzakirəyə çıxarıblar.

3 saat çəkən görüşdə tərəfləri Almaniya Baş nazirinin beynəlxalq məsələlər üzrə köməkçisi Jan Hecker, Fransa prezidentinin köməkçisi Filip Etyen və Rusiya prezidenti Putinin köməkçisi Yuri Uşakov təmsil ediblər.

Görüşdən sonra açıqlama verən İbrahim Kalın deyib ki, İdliblə bağlı həssas vəziyyət davam edir: “Xüsusilə İdlibə ediləcək hücumun nəticələri çox ağır olacaq. Bu hücum həm insan ölümlərinə, həm böyük bir köçə yol açacaq”.