XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 September 2018 - 19:00

İsraildən Rusiyanın hərbi təyyərəsinin vurulmasına rəsmi reaksiya:"Bütün məsuliyyət Suriyanın üzərindədir"

İsrail Müdafiə Ordusu (İMO) yaydığı bəyanatda Rusiyaya məxsus İl-20 tipli kəşfiyyatçı təyyarəsinin vurulmasında bütün məsuliyyətin Suriyanın üzərində olduğunu bildirib.

“RİA Novosti” xəbər verir ki, İMO bu məsələdə İranı və Livanda fəaliyyət göstərən “Hizbullah” hərəkatını da ittiham edib.

Bəyanatda həmçinin İsrailin Rusiya təyyarəsilə bağlı hadisədən kədərləndiyi və məsələnin araşdırılması üçün lazımi məlumat verməyə hazır olduğu vurğulanır/Report.