XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 September 2018 - 19:28

Rəsmi Pekindən ABŞ-a “60 milyardlıq vergi” cavabı gəldi:"Qərarımız sentyabrın 24-də qüvvəyə minəcək"

Donald Trampın Çindən gətirilən 200 milyardlıq məhsullara əlavə vergi tətbiq edəcəkləri haqda açıqlamasına rəsmi Pekindən cavab gecikməyib.

Strateq.az xarici mətbuata istinadən bildirir ki, Çin hökuməti Trampın sentyabrın 24-dən tətbiq edəcəyi əlavə vergi qərarına qarşılıqlı cavab veriləcəyini bəyan edib: “Pekin ABŞ-dan gətirilən hələlik 60 milyardlıq məhsullara vergi tətbiq edəcək.  Bu, təxminən ABŞ-dan idxal olunan 5 min çeşid məhsulu əhatə edəcək. Bizim qərarımız da sentyabrın 24-də qüvvəyə minəcək”.

Çin  hökumətindən bildirilib ki, əgər ABŞ növbəti dəfə vergini atırmağa davam edərsə, buna da cavab veriləcək: “Ancaq biz ABŞ-la hər iki tərəf üçün faydalı ticarət aparılmasını arzulayırıq”.