XƏBƏR LENTİ

23 Sentyabr 2020
22 Sentyabr 2020

Digər Xəbərlər

19 Sentyabr 2018 - 15:51

Ərdoğandan ticarətlə məşğul olanlara xəbərdarlıq:"Bunun əksinə cəhd edənlər əvəzini ödəyərlər"

“Böhran-filan, heç vaxt buna inanmayın, bütün bunlar manipulyasiyadır”.

Strateq.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, Türkiyə güçlənərək, gələcəyə gedir: “Ticarət mərkəzlərində manipulyasiya ilə məşğul olanlara inanmayın. Bu ölkədə dollarla, avro ilə icarə-filan yoxdur. Burada Türkiyə lirəsi keçər. Bura ABŞ deyil, Türkiyədir. Burada türk lirəsinin hökmü var. Ticarət mərkəziləri mağazalarını lirə ilə icarəyə verəcək, alış-verişi lirə ilə aparacaq. Bunun əksinə cəhd edənlər əvəzini ödəyərlər”.

Qeyd edək ki, Ərdoğanın bu çıxışından sonra  Türkiyədə dollar 1.8 lirə ucuzlaşaraq, 6.27 səviyyəsində qərarlaşıb.