XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 September 2018 - 20:38

İstanbulda Etimad İsmayılovla vida mərasimi… –VİDEO, FOTO

İstanbulda qətlə yetirilən azərbaycanlı iş adamı Etimad İsmayılovla İstanbulun Florya məscidində vida mərasimi keçirilib.

Məscid yerləşdiyi rayon İstanbul Polis İdarəsi və təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən mühafizə olunub.

Vida mərasimində İstanbul Polis İdarəsinin rəisi Mustafa Çalışkan, sabiq baş nazir Əhməd Davuoğlu, KİV rəhbərləri, siyasi partiya nümayəndələri və mərhumun yaxınları iştirak edib.

Cənazə namazı qılındıqdan sonra cənazə Bakıya göndərilməsi üçün hava limanına yola salınıb. Cənazə bu gün axşam saatlarında Bakıya yola salınacaq.

Qeyd edək ki, Etimad İsmayılov ötən gecə İstanbulda qətlə yetirilib. Onun qətlində şübhəli bilinən Gözəl Dəmirov saxlanılıb.

Etimad İsmayılov Ədalət Partiyasının sədri və Azərbaycanın ilk ədliyyə naziri İlyas İsmayılovun oğlu və tanınmış jurnalist Sevil Nuriyevanın həyat yoldaşıdır.

Allah rəhmət eləsin!

01

Azpolitika.info