XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 April 2015 - 09:55

Türkiyəli nazir də erməni mərasiminə qatıldı

Dünyanın bir sıra dövlətlərinin qondarma “erməni soyqırımı”nı tanımasıyla çətin vəziyyətə düşən rəsmi Ankara bir tərəfdən anım mərasiminə qatılmaq üçün Ermənistana səfər edən başqa ölkələrin liderlərini qınayarkən, digər tərəfdən də özü eyni addımı atır. Türkiyə mətbuatının verdiyi xəbərə görə, ölkənin Avropa Birliyi naziri olan Volkan Bozkır bu gün İstanbul erməni partikliyinin Qumqapı Məryəm Ana kilsəsində keçirdiyi mərasimdə iştirak edib.

Mərasimdən çıxarkən mediaya verdiyi açıqlamada “Erməni qardaşlarımızın acılarına sayqı duyuruq. Bu acıların anılmasına qarşı deyilik. Bu səbəbdən anım mərasimində iştirak etməyi özümə borc bildim”-deyən nazirin bu hərəkəti 1916-cı ildən bəri keçirilən mərasimdə yaşanan bir ilkdir. Bu zamana qədər heç bir türk yetkili mərasimlərə qatılmamışdı.

Heydər Oğuz

Strateq.az