XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

11 Fevral 2016 - 19:37

Əhməd Davudoğlu:“Sərhədlərimizdə Rusiya ilə NATO-nun qarşıdurma riski artır”

davutoglu_ahmet_271215“Bizə bir hücum olsa, cavabını verərik”.

Strateq.az xəbər verir ki, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu Hollandiyanın “NOS” televiziyasının suallarını cavablandırarkən bildirib.

Jurnalistin “Türkiyə Suriya sərhədinə əsgərlərini yığır, bu, hərbi müdaxilə hazırlığıdırmı” sualına baş nazir, elə bir planlarının olmadığını deyib. O, fikrini Türkiyənin beynəlxalq hüquqa hörmət edən dövlət olmasıyla  əsaslandırıb.

Əhməd Davudoğlu, həmçinin, Rusiyanın “təhlükəli bir oyun oynadığını” və bunun Suriya sərhəddindəRusiya ilə NATO arasında qarşıdurma riskini artırdığını bildirib.