XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 February 2016 - 20:22

 “Orduya nəinki hansısa məmurların, hətta nazirlərin oğulları da çağırılır” –General Yaşar Aydəmirov

128860_srcAzərbaycan ordusunun sabiq korpus komandiri, Birinci Qarabağ Müharibəsinin iştirakçısı, general-leytenant Yaşar Aydəmirov haqqin.az-a eksküliziv müsahibəsində Silahlı Qüvvələrimizdəki bugünkü durum, aparılan hərbi islahatlar, eləcə də ordunun nüfuzunun artırılması üçün görülən işlərdən danışıb.

Strateq.az xəbər verir ki, general öz müsahibəsində cəmiyyəti maraqlandıran olduqca mühüm bir məsələyə- imkanlı, vəzifəli şəxslərin övladlarının orduya çağırılmaması ilə bağlı məqama da aydınlıq gətirib.

Y.Aydəmirov bildirib ki, Zakir Həsənov nazir təyin olunandan sonra orduya nəinki hansısa məmurların, hətta nazirlərin oğulları da çağırılır: “Ölkəni hamı qorumalıdır: həm varlılar, həm də kasıblar. Burada başqa variant ola bilməz. Əgər biz bu ölkənin havası ilə nəfəs alırıqsa, onun çörəyini yeyiriksə və əgər bizim əcdadlarımız burada dəfn olunubsa, onu son damla qanımıza qədər qorumaq hər birimizin borcudur”.