XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

22 Sentyabr 2018 - 17:12

“Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənirik…” –Prezident İlham Əliyev Ruhaniyə başsağlığı verdi

 Prezidenti İlham Əliyev bu gün İranda keçirilən paradda baş verən terror hadisəsi ilə bağlı İran İslam Respublikasının Prezidenti Həsən Ruhaniyə başsağlığı məktubu göndərib.

Məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Ölkənizdə törədilmiş terror aktı nəticəsində insanların həlak olması və yaralanması xəbəri bizi olduqca kədərləndirdi.

Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorizmi pisləyir, onun bütün forma və təzahürlərinə qarşı qətiyyətlə mübarizə aparılmasını vacib hesab edirik.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm”.