XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

23 Sentyabr 2018 - 11:53

BAKININ BƏZİ ƏRAZİLƏRİNİ İFLİC EDƏN GÜCLÜ YAĞIŞ… –Həyət evlərini, metrostansiyasını da su basıb + VİDEOLAR

Xəbər verdiyimiz kimi, bu gün Bakıda səhər saatlarında güclü yağış yağıb.

Strateq.az sosial mediada yayılan videolara istinadən bildirir ki, nəticədə paytaxtda bir çox yollar, küçələr, yeraltı keçidlər su altında qalıb. Hətta Memar Əcəmi metrostansiyasının keçidini su basıb.

Məlumata görə, hazırda su basan ərazilərə dərhal FHN əməkdaşları cəlb olunub.

Fövqəladə Hallar Nazirliyindən Strateq.az-a verilən məlumata görə, bu gün səhər saatlarında Bakı şəhərində yağan intensiv yağışlar nəticəsində bəzi ərazilərin, küçə və prospektlərin, fərdi yaşayış evlərinin və həyətyanı sahələrin, digər obyektlərin və onların ətrafının yağış suları ilə dolması barədə nazirliyin “112” qaynar telefon xəttinə vətəndaşlardan çoxsaylı müraciətlər daxil olub: “Görülən operativ və təxirəsalınmaz tədbirlər çərçivəsində Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələrinin yağıntı suları ilə dolmuş ərazilərə cəlb olunması həyata keçirilib. Hazırda Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki müdafiə qoşunlarının, Xüsusi Riskli Xilasetmə Xidmətinin canlı qüvvə və texnikası paytaxtın müxtəlif rayonlarında suçəkmə işlərinin və digər xilasetmə tədbirlərinin görülməsini davam etdirilir”.

Sosial şəbəkəyə və saytlara istinadən su basmış ərazilərdə çəkilən bəzi videoları təqdim edirik: