XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

23 Sentyabr 2018 - 12:08

Bakıda yarimstansiyada və bəzi elektrik şəbəkələrində fəsadlar yaranıb –"Azərişıq"dan açıqlama

Ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi Şimal-Qərb və Cənub Regional elektrik şəbəkələrində bəzi fəsadlara səbəb olub.

Bunu “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

T.Mustafayevin sözlərinə görə, elektrik verilişi xətlərində “Azərişığ”ın əməkdaşları qabaqlayıcı tədbirlər görüb:

“Əməkdaşlarımız yaranan qısa fasilələri operativ aradan qaldırıblar. Bakı şəhəri, Binəqədi rayonu, Xutor qəsəbəsində yerləşən 97 saylı yarimstansiya güclü yağışın yaratdığı sel sularına məruz qalıb, Nəsimi və Nərimanov rayonlarının Cavadxan və Hacıbəyli küçələrinin yaşayış massivlərində səhər saatlarında qısa müddətli fasilə yaranıb”/Report

Xatırladaq ki, hazırda Bakının bəzi əraziərində işıqlar yanmır.