XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

24 Sentyabr 2018 - 15:05

Nazir Ramil Usubov İrana gedib –İki nazirlə görüş + FOTOLAR

Azərbaycanın daxili işlər naziri general-polkovnik Ramil Usubov sentyabrın 24-də İrana səfərə gəlib.

Strateq.az Azərtac-a istinadən xəbər verir ki, səfər çərçivəsində nazir Ramil Usubov İranın daxili işlər naziri Əbdülrza Rəhimi Fəzli və Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Şamxani ilə görüşüb.

Görüşlərdə qarşılıqlı əlaqələrin perspektivləri, narkotik maddələrin qaçaqmalçılığına və beynəlxalq terrorçuluğa qarşı birgə mübarizə məsələləri müzakirə edilib.

Ramil Usubovun İran parlamentinin sədri Əli Laricani və kəşfiyyat naziri Seyid Mahmud Ələvi ilə də görüşləri nəzərdə tutulub.