XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 September 2018 - 18:42

Kənd təsərrüfatı nazirinə qadın müavin təyin olunub –Yeni nazir müavini kimdir?

Kənd Təsərrüfatı Nazirliyinin Hüquq Şöbəsinin müdiri İlhamə Qədimova nazir müavini təyin edilib.

Strateq.az xəbər verir ki, bu barədə Nazirliyin ictimaiyyətlə əlaqələr üzrə şöbəsi məlumat yayıb.

Xatırladaq ki, İlhamə Qədimova Bakı şəhərində anadan olub. 1993-2009-cu illərdə Türkiyə Respublikasının Ankara və Mərmərə Universitetlərində hüquqşünas ixtisası üzrə bakalavr, dövlət hüquqi üzrə maqistratura, doktorantura təhsili almış və hüquq elmləri üzrə doktor elmi dərəcəsi alıb.

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür.

2010-2012-ci illərdə Prezident yanında Dövlət Qulluğu Komissiyasında hüquqi təminat şöbəsində baş məslətçi vəzifəsində çalışıb. 2012-ci il 18 dekabr tarixindən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Hüquqi təminat şöbəsinin müdiri vəzifəsində işləyib. 2018-ci ilin may ayından Kənd Təsərrüfatı Nazirliyinin hüquq şöbəsinin müdiri vəzifəsində çalışıb.