XƏBƏR LENTİ

01 Oktyabr 2020

Digər Xəbərlər

25 Sentyabr 2018 - 10:41

Azərbaycan Müdafiə Nazirliyindən bəyanat:"Düşmənin istənilən uçuş vasitəsi tərəfimizdən dərhal neytrallaşdırılacaq"

Ermənistan hərbi-siyasi rəhbərliyi qoşunların qarşıdurma xəttində vəziyyətin gərginləşdirilməsinə yönəlmiş növbəti təxribat xarakterli addım atır.

Strateq.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi bəyanat yayıb.

Bildirilib ki, işğal olunmuş ərazilərimizdə hərbi aviasiyanın cəlb olunması ilə təlim uçuşlarının keçirilməsi barədə düşmən tərəfinin yaydığı məlumat bunun əyani sübutudur:

“Müdafiə Nazirliyi bəyan edir ki, ön xətdə yerləşən bölmələrimizin mövqelərinə yaxınlaşmağa cəhd göstərən düşmənin istənilən uçuş vasitəsi tərəfimizdən dərhal neytrallaşdırılacaq. Baş verə biləcək itkilərə görə məsuliyyət tamamilə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək”.