XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

25 Sentyabr 2018 - 15:38

Trampdan İran prezidenti haqda gözlənilməz açıqlama:"Əminəm ki, o, gözəl insandır”

ABŞ prezidenti Donald Tramp iki ölkə arasında münasibətlərin gərginləşməsi fonunda İran prezidenti Həsən Ruhani haqda fikir bildirib.

Tramp öz “Twitter” hesabında Ruhanini gözəl insan adlandırıb.

O, həmçinin İran prezidenti ilə görüşmək niyyətinin olmadığını da qeyd edib.

“hazırda İran prezidenti Həsən Ruhani ilə görüşmək niyyətim yoxdur. Bəlkə gələcəkdə… əminəm ki, o, gözəl insandır”. – Tramp yazıb.

Qeyd edək ki, Tramp sentyabrın 26-da BMT Baş Assambleyasının 73-cü Qurultayı çərçivəsində özünü sədrlik edəcəyi İranla bağlı görüşün keçirilməsi təşəbbüsünü irəli sürüb/Modern.az.