XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

25 Sentyabr 2018 - 17:55

Rusiya XİN bəyanat yaydı, gürcüləri aşağıladı:"Pentaqon gürcülərdən “təcrübə dovşanları” kimi istifadə edir"

“Pentaqon gürcü vətəndaşlarından “təcrübə dovşanları” kimi istifadə edir”.

Bu sözlər Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında yer alıb.

Bəyanatda daha sonra deyilir: “Pentaqon bioloji materiallar əsasında Gürcüstanda insanları eksperimentdən keçirirlər”.

Rusiya XİN rəsmisi Vladimir Yermakov mətbuata açıqlamasında artıq ABŞ tərəfinə məsələ ilə bağlı etiraz ünvanladığını bildirib: “Biz öz sərhədlərimizdə mənşəyi bilinməyən bioloji eksperimentlərə icazə verə bilmərik”.

Vladimir Yermakov həmçinin əlavə edib ki, bu cür ərazilərə hətta Gürcüstandan olan səlahiyyətli şəxslərin girişinə də icazə verilmir/Teleqraf.com.