XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

25 Sentyabr 2018 - 21:23

Trampla Ərdoğan sessiyadan əvvəl görüşdü –Qısa müzakirə + FOTOLAR

Bu gün BMT Baş Assambleyasının 73-cü sessiyasının başlanmasına az qalmış ABŞ və Türkiyə prezidentləri görüşüblər.

Strateq.az bildirir ki, bu barədə Ərdoğanın köməkçisi Fəxrəddin Altun “Twitter” hesabında yazıb.

O qeyd edib ki, sessiyadan əvvəl prezident Ərdoğanla Tramp arasında qısa görüş olub.

Ərdoğanın köməkçisi qısa çəkən görüşdə nə barədə söhbət edildiyi haqda heç bir məlumat verməyib.

Xatırladaq ki, aylardır Ərdoğanla Trampın bu sessiya zamanı görüşüb-görüşməyəcəyi müzakirə olunurdu.