XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

27 Sentyabr 2018 - 09:04

Nazirlərin Nyu-York görüşü ilə bağlı ilk açıqlama:həmsədrlər regiona gələcək, müzakirələr davam etdiriləcək

“Ümumilikdə danışıqlar 3 saatdan çox davam etdi. Münaqişənin davam etməkdə olan həlli inkişafı üzrə, habelə bölgəyə dayanıqlı sülhün gətirilməsi üçün nə edilməli olduğu məsələlərinə dair maraqlı və mühüm fikir mübadiləsi aparıldı”.

Xarici İşlər Nazirliyindən bildiriblər ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri və Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan ilə sentyabrın 26-da Nyu-Yorkda keçirilmiş görüşü ilə bağlı KİV-in sorğularına cavab olaraq bildirib.

“Biz danışıqların həmsədrlərin bölgəyə səfəri də daxil olmaqla gələn ay davam etdirilməsinə razılaşdıq”, – deyə nazir əlavə edib.