XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

27 Sentyabr 2018 - 10:48

Tramp FED-in son qərarına etiraz etdi:"Uçot dərəcəsini artırmaqdan xoşları gəlir..."

ABŞ Prezidenti Donald Tramp Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini artırmasından narazılığını bildirib.

Bu barədə “Reuters” agentliyinə istinadən xəbər verir.

“FED-in uçot dərəcəsini artırmaqdan xoşu gəlir. Bu, məni narahat edir. Onlar ABŞ-da vəziyyət yaxşı olduğuna görə faizləri qaldırdılar. Mən bundan narazıyam”, – dövlət başçısı qeyd edib/Report.

Xatırladaq ki, ötən gün FED-in Açıq Bazar Əməliyyatları Komitəsinin 2 günlük iclası başa çatıb. İclasın yekununda uçot dərəcəsinin 0,25 faiz bəndi artırılaraq 1,75-2%-dən 2-2,25%-ə çatdırılmasına qərar verilib.