XƏBƏR LENTİ

24 Oktyabr 2020

Digər Xəbərlər

27 Sentyabr 2018 - 19:47

POLKOVNİKDƏN SENSASİON AÇIQLAMA:"Son bir həftə ərzində düşmənin beş hərbi qulluqçusu məhv edilib..."

“Son bir həftə ərzində Azərbaycan Ordusunun bölmələri bütün istiqamətlərdə düşmənin 5 hərbi qulluqçusunu məhv edib, bir neçə nəfər isə ağır yararlanıb”.

Strateq.az xəbər verir ki, bu sözləri ehtiyatda olan polkovnik Şair Ramaldanov qoşunların qarşıdurma xəttindəki son vəziyyəti Azərtac-a şərh edərkən bildirib.

Onun sözlərinə görə, Ermənistanın hazırkı hökuməti və erməni əsgərləri baş nazir Nikol Paşinyan və onun populist çıxışlarının əsirinə çevrilib: “Həmişəki kimi, qarşı tərəf yalnız Ermənistandan olan üç çağırışçının adını rəsmi olaraq bəyan edib. Digər iki nəfər isə Qarabağdan hərbi xidmətə çağırıldığı üçün onların adları gizlədilib. Azərbaycan Ordusunun əsgərləri N.Paşinyan və onun kimi digər cinayətkarların səsləndirdiyi sərsəm bəyanatlara cavab verir və verməyə də davam edəcək”.

Ş.Ramaldanov deyib ki, bunlar hamısı Azərbaycan Ordusunun gücünü göstərir: “Bu, ordumuzun işğal altında olan torpaqlarımızı azad etməyə hazır olduğunu bir daha sübut edir. N.Paşinyan və onun kimilər nə qədər ki, sərsəm bəyanatlar səsləndirəcəklər o vaxta qədər də təmas xəttindən erməni əsgərlərinin leşini yığmaqla məşğul olacaqlar”.