Venesuela prezidenti Maduro BMT-də çıxışı zamanı bir sıra məsələlərə toxunub.
O, avqust ayında özünə və ətrafındakılara qarşı təşkil olunmuş sui-qəsdin BMT tərəfindən araşdırılmasını tələb edib:
“Bizim araşdırmalarımız göstərir ki, bu hücumun bütün detalları və maliyyələşdirilməsi ABŞ-dan olub. Sui-qəsdçilər ABŞ-ın dəstəyi ilə Kolumbiyada illərdir təlim keçirlər. Onlar bunu etiraf ediblər. BMT-dən xüsusi komissiya formalaşdırılması və sui-qəsdin detallarının araşdırılmasını tələb edirəm”
Prezident Maduro həmçinin Donald Trampla görüşməyə hazır olduğunu vurğulayıb/Teleqraf.com.