XƏBƏR LENTİ

16 Avqust 2020
15 Avqust 2020

Digər Xəbərlər

01 Oktyabr 2018 - 15:30

KƏMALƏDDİN HEYDƏROV, NƏHAYƏT, GÖRÜNDÜ –FOTO  

Sentyabrın 15-də Bakıda keçirilən hərbi paradda iştirak etməyən və bu səbəbdən də barəsində xüsusən də əleydarları tərəfindən ən müxtəlif səpkili şayiələrin yayılmasına rəvac verilən Fövqəladə Hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, nəhayət, mediada görünüb.

Strateq.az xəbər verir ki, oktyabrın 1-də Kəmaləddin Heydərov Horadiz şəhərində Füzuli, Beyləqan, Ağcabədi və Xocavənd rayonlarının sakinlərini, həmçinin həmin rayonlarda məskunlaşmış məcburi köçkünləri qəbul edib.

Yayılan rəsmi məlumatda bildirilir ki, Fövqəladə Hallar naziri tərəfindən qəbul edilən 15 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.

Bundan başqa, kadr məsələləri ilə bağlı 70, digər məsələlərlə bağlı müraciət etmiş 24 vətəndaş nazir müavinləri və nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunub.

Xatırladaq ki, bu qəbul 28 sentyabra nəzərdə tutulsa da, vaxtı dəyişdirilərək, 1 oktyabra keçirilmişdi.