XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

03 Oktyabr 2018 - 09:45

Nazirliyin iki əməkdaşı iş başında güllələndi –Polis Masallı sakinini əməliyyatla saxladı

Qızılağac Milli Parkının ərazisinə icazəsiz daxil olan və ova cəhd edən şəxs xidməti vəzifələrini yerinə yetirən parkın əməkdaşlarına atəş açaraq hadisə yerindən qaçıb.

Strateq.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi rəsmi məlumat yayıb.

Bildirilib ki, hadisə 01 oktyabr 2018-ci il tarixində, gecə saatlarında baş verib:

“Milli parkın mühafizə yegerləri icazəsiz əraziyə daxil olmuş şəxsin saxlanılması məqsədilə reyd keçirərkən milli park əməkdaşlarının qanuni tələblərinə tabe olmayan brakonyer mühafizə yegerləri  Arif Cəfərov və Böyükişi Qaraşova  bilərəkdən ov tüfəngindən atəş açıb və onları yaralayıb. Yegerlər xəstəxanaya aparılıb və onlara tibbi yardım göstərilib. Faktla bağlı rayon polis şöbəsinə məlumat verilib”.

Nazirlik bildirib ki, aparılan araşdırmalar nəticəsində mühafizə yegerlərini yaralayaraq  hadisə yerindən qaçmış brakonyerin Masallı rayonunun Köçəkli kənd sakini İlqar Səmədov olduğu müəyyən edilib: “O, hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb”.

Faktla bağlı təhqiqat aparılır.