XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

04 Oktyabr 2018 - 00:17

Ərdoğanın sözçüsündən xəbərdarlıq:"Suriyada hər an sərt addımlara keçə bilərik"

“Beynəlxalq təhlükəsizliyimizi təmin etmək üçün Suriya ərazisində bütün terror təşkilatlarına qarşı hər an zəruri və sərt addımlara keçə bilərik”.

Strateq.az xəbər verir ki, bu xəbərdarlığı bu gün mətbuat konfransında Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın edib.

O bildirib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın Fərat çayının şərq sahillərində təhlükəsizliyin təmini barədə fikirləri gündəlikdə duran məsələdir: “Bu məsələ yalnız PYD/YPG terror təşkilatlarının Fəratın şərqində çəkilməsi ilə bitmir. Bölgənin sonrakı taleyi bizi ciddi düşündürən məsələdir. Biz ABŞ rəhbərliyindən PYD/YPG terror təşkilatlarına verdiyi dəstəyi dayandırmasını gözləyirik. Yalnız İŞİD-lə mübarizəyə bir bəhanə qalmayıb. ABŞ-ın Suriyada qalmaq niyyətində olduğunu və məqsədlərini bilirik. Əgər doğrudan da məqsəd terrorla mübarizədirsə, həmçinin İŞİD-in tam şəkildə kökünü kəsməkdirsə, o zaman bu fəaliyyəti genişləndirmək lazımdır”.