XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

04 Oktyabr 2018 - 11:24

Prokurorluq Eldar Əzizovun rəhbərini azad etdiyi idarədə yoxlamaya başladı –30 nəfərlik heyətlə

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyində yoxlamalara başlanılıb.

Strateq.az “Report”a istinadən bildirir ki, Bakı Şəhər Prokurorluğunun və BŞİH-in nümayəndələrindən ibarət qrupda 30 nəfər təmsil olunur. Həmin komissiya idarədə maliyyə və digər işlərin həyata keçirilməsi üzrə yoxlamalar aparır.

Xatırladaq ki, Q.Şükürovun adı mətbuatda qalmaqallı hadisələrdə hallanıb.

Onu da qeyd edək ki, Qüdrət Şükürovun Bakı Şəhər İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Eldar Əzizovun əmri ilə vəzifəsindən azad edilməsi ilə bağlı xəbəri dünən ilk olaraq Strateq.az yayıb.