XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

04 Oktyabr 2018 - 15:48

İnquşetiyada minlərlə insan küçələrə çıxdı –Çeçenistanla torpaq mübadiləsi əhalini qəzəbləndirib, atəş səsləri eşidilir

İnquşetiyada etirazçılar parlamentin Çeçenistanla sərhəd mübadiləsi haqda razılaşmanı təsdiqləməsindən sonra onun qarşısına toplaşıblar. Hazırda İnquşetiyanın paytaxtı Maqasda yollar qapadılıb, internetin fəaliyyətində fasilələr müşahidə edilir.

“BBC Rusiya” parlamentin müqaviləni təsdiq etməsindən sonra deputatlardan ibarət nümayəndə heyətinin Rusiya Milli Qvardiyası əsgərlərinin müşayiəti ilə etirazçıların qarşısına çıxdığını bildirib. Məhz bu zaman atəş səsləri eşidilib və deputatlar dərhal parlament binasına aparılıblar.

“Yabloko” Partiyasının İnquşetiyadakı nümayəndəliyinin rəhbəri Ruslan Mutsolqov isə atəşin hüquq-mühafizə orqanları tərəfindən açıldığını bəyan edib. O, hazırda mitinqdə 10 minə yaxın adamın iştirak etdiyini bildirib.

Qeyd edək ki, İnquşetiya parlamentində müqavilənin təsdiqlənməsi ilə bağlı iclasda 32 deputatdan 25-i iştirak edib. Bu deputatlardan 17-si müqavilənin lehinə, 3-ü isə əleyhinə səs verib. Çeçenistan parlamenti isə sərhəd mübadiləsi haqqında müqaviləni yekdilliklə təsdiqləyib.

Müqaviləyə əsasən, İnquşetiya və Çeçenistan illərdir mübahisəyə səbəb olan rayonların dəyişdirilməsinə izn veriblər.