XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

04 Oktyabr 2018 - 16:25

Macarıstanla Ukrayna arasındakı diplomatik gərginlik böyüyür –Budapeştdən konsulun qovulmasına cavab gecikmədi

Macarıstan hökumətinin rəsmi Kiyevə cavabı gecikməyib və elə bu gün Ukrayna konsulunun ölkədən çıxarılması haqda qərar verilib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto məlumat verib.

O, bildirib ki, bu addım Ukraynanın eyni addımına cavab olaraq atılıb.

Xatırladaq ki, Ukrayna hökuməti bu gün Macarıstanın Zakarpatye vilayətindəki konsulunu persona non-qrata elan edib. Səbəb isə macar konsulun Ukrayna vətəndaşlarına qanunsuz pasport verməsi göstərilib.