XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

04 Oktyabr 2018 - 20:19

“Yaxın zamanda Suriyada müharibə tamamilə qurtaracaq” –Bəşər Əsəddən diqqətçəkən açıqlamalar

Suriyada 2011-ci ildə vətəndaş müharibəsi başlayandan bəri ilk dəfə Körfəz mediasına müsahibə verən ölkə başçısı Bəşər Əsəd ərəb ölkələri ilə anlaşdıqlarını açıqlayıb.

Suriya prezidenti Küveytin ”əş-Şahid” qəzetinə müsahibəsində uzun illər davam edən gərginlikdən sonra digər ərəb ölkələrlə razılaşma əldə etdiklərini söyləyib.

Konkret ad çəkməyən Bəşər Əsəd ərəb və Qərb dövlətlərinin təmsilçilərinin Suriyaya səfər etməyə başladıqlarını, diplomatik nümayəndəliklərin yenidən açılması istiqamətində danışıqlar aparıldığını bildirib: “Yaxın zamanda Suriyada müharibə tamamilə qurtaracaq və ölkəmiz yenidən ərəb aləmində öncül rol oynayacaq”.

Bəşər Əsəd Küveytin problemin həllinə səy göstərdiyini vurğulayıb/Teleqraf.com.