XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

07 Oktyabr 2018 - 23:05

Həbs olunan “İnterpol”un prezidenti Baş Katibliyə istefa məktubu göndərib:"Ərizə dərhal qüvvəyə mindi"

İnterpolun qanunu pozmaqda şübhəli bilinərək Çində saxlanılan prezidenti Men Xunvey istefa verib.

“Reuters” xəbər verir ki, bu barədə məlumat beynəlxalq polisin “Twitter” səhifəsinə yerləşdirilib.

“Bu gün, oktyabrın 7-də, İnterpolun Fransanın Lion şəhərindəki Baş Katibliyinə cənab Men Xunveydən İnterpol prezidenti postundan istefa verməsi barədə ərizə daxil olub, o dərhal qüvvəyə minir”, – deyə bəyanatda bildirilir.

Hazırda Cənubi Koreya vətəndaşı Kim Yonq Yanq prezidentin vəzifələrinin icraçısı təyin edilib. Yeni prezident noyabrda Dubayda Baş Assambleyanın iclasında seçiləcək/Report.