XƏBƏR LENTİ

25 May 2020
24 May 2020

Digər Xəbərlər

08 Oktyabr 2018 - 12:00

Deputat Vahid Əhmədov:“Rüfət Aslanlı özünə 65 min manat maaş yazdırmışdı"

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin gün keçirilən iclasında Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) ötən həftə təsdiqlənmiş yeni nizamnaməsi, qurumun Direktorlar Şurasının (DŞ) ləğv olunması diqqət mərkəzində olub.

Millət vəkili Vahid Əhmədov DŞ-nın sədri Rüfət Aslanlının fəaliyyətini kəskin tənqid edib.

“Palata 2 ildən artıqdır ki, fəaliyyət göstərsə də, yalnız son 6 ayda baş icraçı direktor İbrahim Alışovun rəhbərliyi dövründə maliyyə sektorunda dirçəlmə olub. Həftədə 2-3 dəfə onunla görüşürəm. Dollarda götürülmüş kreditlərlə bağlı problemlər var. Normal adamla normal danışmaq olur. Yoxsa R.Aslanı özünə 65 min manat maaş yazdırmışdı. Hesab edirəm ki, prezident onunla bağlı düzgün qərar verdi”.

Report