XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

08 Oktyabr 2018 - 19:40

Ərdoğan itkin düşən jurnalistlə bağlı Səudiyyədən hesabat istədi:"Sübut eləyin ki, o, konsulluğun binasından çıxıb..."

Xəbər verildiyi kimi, “Washington Post” qəzetinin köşə yazarı, Səudiyyə Ərəbistanı əsilli Cemal Kaşıkçı oktyabrın 2-də Səudiyyə Ərəbistanı Krallığının İstanbuldakı Baş Konsulluğunun inzibati binasına daxil olduqdan sonra yoxa çıxıb.

Strateq.az bildirir ki, bu hadisə iki dövlət – Türkiyə və Səudiyyə Ərəbistanı arasında böyük gərginliyə səbəb olub.

Türkiyə tərəfi konsulluq binasını və ölkənin bütün sərhəd məntəqələrini bu hadisə səbəbindən nəzarətə götürüb.

Dünya mətbuatı isə jurnalistin konsulluqda öldürüldüyü haqda xəbərlər yayır.

Bu gün Macarıstanda səfərdə olan  Türkiyə prezidenti Ərdoğan  ölkəsində belə bir hadisənin baş verməsindən bir daha təəssüfləndiyini bildirməklə yanaşı, konsulluq binasının kameralarına işarə vuraraq, Səudiyyə Ərəbistana açıq mesaj verib: “Əgər qarşı tərəf deyirsə ki, jurnalist konsulluğun binasından elə həmin gün çıxıb,  o zaman bunu sübut eləsinlər”.

Ərdoğan deyib ki,  jurnalistin tapılması istiqamətində gərəkən bütün addımları atacaqlar.