XƏBƏR LENTİ

03 İyun 2020

Digər Xəbərlər

09 Oktyabr 2018 - 20:07

Azərbaycan İtaliyadan 10 döyüş qırıcısı aldı, 15-i də yaxın vaxtlarda göndəriləcək –VİDEO

Azərbaycan İtaliyadan 10 ədəd “M-346” döyüş təyyarəsi alıb və 15 hərbi texnika sifariş verib.

Bu barədə Rusiya KİV məlumat yayıb.

“M-346” İtaliya və digər ölkələrin hava qüvvələrinin pilotları üçün təkmilləşdirilmiş təyyarədir. Qırıcı ilk uçuşunu 2004-cü ilin iyul ayında həyata keçirib.

Təyyarənin “F-124-GA-200” tipli iki turbojet mühərriki var ki, bu da qırıcının 1050 km/saat sürətinə çatmasına imkan verir. “M-346” 3 tona qədər çəkisi olan mərmilər və bomba daşıya bilir.

Hazırda 18 qırıcı İtaliya, 12 qırıcı Sinqapur, 30 qırıcı İsrail, 8 qırıcı Polşa Hərbi Hava Qüvvələrinin arsenalına daxil edilib.

Artıq İtaliyanın müştəriləri arasında Azərbaycan da var/Teleqraf.com.