XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

13 Oktyabr 2018 - 14:46

“Jurnalist Camal Xaşuqcinin qətlə yetirildiyi anın səs yazısı var” –- “Sabah” qəzetindən sensasion iddia

Səudiyyə Ərəbistanının itkin düşmüş jurnalisti Camal Xaşuqcinin dindirildiyi və qətlə yetirildiyi anın səs yazısı onun “Apple” saatının qeydiyyatına düşüb.

“Sabah” qəzeti xəbər verir ki, Xaşuqci Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunun binasına daxil olmamışdan əvvəl “iPhone” smartfonunu nişanlısına verib və “Apple” saatını səs yazısı rejiminə keçirib. Smartfon jurnalistin qolundakı “Apple Watch” ilə sinxronlaşıb. Nəticədə dindirilmə, işgəncə və qətlin səs yazısı avtomatik olaraq “iPhone” smartfonuna ötürülüb və sonra “Apple iCloud” proqramına yüklənib.

Səudiyyə Ərəbistanının kəşfiyyat nümayəndələri saatı jurnalistin qolunda gördükdən sonra oradakı məlumatları silməyə cəhd etsə də, səs yazılarının bəziləri qorunub. Nəticədə qətlin baş verdiyi və cəsədin hissələrə bölündüyü məlum olub.