XƏBƏR LENTİ

25 May 2020
24 May 2020

Digər Xəbərlər

14 Oktyabr 2018 - 18:07

Xaşuqci konsulluğun bağçasında basdırılıb? –Türk polisi axtarış aparmaq istədi, konsul "yox" dedi

Oktyabrın 2-də Səudiyyə Ərəbistanın İstanbuldakı Baş Konsulluğuna daxil olduqdan sonra müəmmalı şəkildə yoxa çıxan jurnalist Camal Xaşuqci ilə bağlı ziddiyyətli xəbərlər gündəmdən düşmür.

Strateq.az xəbər verir ki, jurnalistin sağ və ya ölü olduğunu dəqiqləşdirmək üçün bu gün Türkiyə polisi konsulluqda axtarış aparmaq istəyib.

Türkiyə mətbuatı xəbər verir ki, Xaşuqciyə aid barmaq izlərini götürmək üçün Baş konsul Məhəmməd əl-Katibiyə müraciət edilib. Lakin konsul buna icazə verməyib:

“Türkiyə polisi bununla yanaşı, konsulluğun ailələrinin yaşadığı rəsmi yaşayış kompleksində də axtarış aparmaq istəyib. Türk polisi güman edir ki, konsulluqdan 300 metr məsafədə yerləşən və konsulluğa aid bu ərazidə, yəni yaşayış kompleksinin bağçasında Xaşuqci öldürüldükdən sonra gizli dəfn edilə bilər.  Lakin konsul Məhəmməd əl-Katibi bu ərazidə də axtarış aparılmasına müsbət cavab verməyib”.

Türk mətbuatının iddiasına görə, Xaşuqci ilə bağlı xəbər yayılandan sonra evindən bayıra çıxmayan Baş konsulun yaxın günlərdə Türkiyədən qovulması da gündəmdədir.