XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

14 Oktyabr 2018 - 22:12

Tramp rahibə “Türkiyəyə yenidən gedərsənmi?” dedi, gözləmədiyi cavabı aldı –"Oval"da maraqlı dialoq

Xəbər verildiyi kimi, Türkiyədə həbsdən buraxılan rahib Branson bu gün ABŞ-da prezident Trampla “Oval kabinet”də görüşüb.

Strateq.az xarici mətbuata istinadən bildirir ki, görüşdə Trampla rahib arasında Türkiyə ilə bağlı maraqlı dialoq yaşanıb.

Branson əvvəlcə Trampa azadlığı üçün atdığı addımlara görə xüsusi təşəkkür edib: “Sizinlə yanaşı, dövlət katibi Pompeoya, vitse-prezident Mayk Pensə, cənab Boltona, konqres üzvlərinə təşəkkür edirəm”.

Bu zaman Trampın Bransona “Səndən yenidən Türkiyəyə gedərsənmi, deyə soruşmaq belə istəmirəm”, – deyə xitab edib. Lakin gözləmədiyi cavab alıb: “Orada 25 il yaşamışam, türk xalqını çox sevirəm”.

Rahib Bransonun bu cavabından sonra Tramp da türkləri tərifləyib: “Türklər yaxşı insanlardır, onları sevirəm”.