XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

16 Oktyabr 2018 - 11:34

“Terrorçuların İdlibi tərk etməsinə nail olunmasa, Rusiyanın səbri tükənəcək və…” –Politoloqdan şərh

“Türkiyə və Rusiya prezidentlərinin İdlib razılaşmasının vaxtı oktyabrın 15-də bitib. Bu anlaşmaya görə, Türkiyə İdlibdə oktyabrın 15-ə qədər iki mühüm vəzifənin yerinə yetirməsini təmin etməli idi”.

Strateq.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu sosial şəbəkədəki hesabında yazıb.

O bildirib ki, bu müddətdə İdlibdən ağır hərbi texnika çıxarılmalı, ikincisi, silahlı müxalifətlə terrorçuları bir-birindən ayırmalı idi: “Ankara bacardığını edir, ağır texnikanın böyük hissəsi şəhərdən çıxarılıb, ancaq terrorçuların təslimatı hələ ləng gedir. İdlib terrorçuların Suriyadakı ən böyük son qalasıdır, bu qalanı əldən vermək istəmirlər. Bu vəziyyəti fürsət bilən Bəşər Əsəd rejimi haray-həşir salıb ki, bəs vaxt bitib, ancaq İdlib hələ də terrorçuların əlindədir, ona görə hücum haqqında düşünmək lazımdır. Bəşər Əsəd rejiminin məqsədi bəllidir, Rusiya ilə Türkiyəni toqquşdurmaq və bundan öz məqsədləri üçün istifadə etmək istəyir. Moskva hələ ki müttəfiqi Əsədin oyununa gəlmir, bildirir ki, İdlibin tərkisilahı ilə bağlı bir müddət də gözləyə bilər”.

Politoloqun sözlərinə görə,  Ankara yaxın müddətdə İdlibin danışıqlar yolu ilə tərki-silahına nail olmasa, Rusiyanın səbri tükənməyə başlayacaq və Türkiyə-Rusiya tərəfdaşlığı çat verməyə başlayacaq: “İndi oyunu pozmaq istəyən yalnız Əsəd deyil. Suriyadakı radikal qrupları dəstəkləyən Səudiyyə Ərəbistanı da İdlibin təslim olmasında maraqlı deyil. Elə ABŞ da çox istəyərdi ki, İdlib məsələsində Türkiyə-Rusiya işbirliyi alınmasın”.