XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

16 Oktyabr 2018 - 13:00

Deputat Aqil Abbas:"Səfər Əbiyev bunu heç vecinə də almadı, görək yeni nazir nə edəcək"

“Qarabağda müharibə başlayanda nə Müdafiə Nazirliyi, nə də hərbi qulluqçular vardı. Orada döyüşənlər adətən könüllü insanlar idi. Azərbaycanın bütün yerlərindən könüllü insanlar gəlib öz ciblərinin pullarına ordan-burdan silah alaraq torpağı könüllü qorudular və şəhid oldular”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Aqil Abbas deyib.

O bildirib ki, həmin vaxt  yaxşı döyüşənlər polis işçiləri idi:  “Çünki onlar nizam-intizam görmüşdülər, qayda-qanunu, silahdan istifadəni bilirdilər. Azərbaycanın bir çox kəndi həmin zaman döyüşən polis və könüllülərin hesabına işğaldan azad olunub. Çox qəribədir ki, əlində avtomatının nömrəsi, ordudan tərxis olunmasına dair sənədi olan döyüşçülər var, amma onlar veteran sənədini ala bilmirlər. Bu hallar əvvəllər də olub. Bununla bağlı dəfələrlə Müdafiə Nazirliyinə də müraciət etmişik. Gedənin arxasınca danışmazlar. Ancaq köhnə müdafiə naziri Səfər Əbiyev heç vecinə də almayıb. Görək indi hazırki müdafiə naziri nə edəcək”.

A.Abbas qeyd edib ki, ölkə prezidenti İlham Əliyev tərəfindən böyük addım atılaraq şəhid ailələrinə 11 min manat birdəfəlik yardımın verilməsi nəzərdə tutulub: “Bu yardım təxminən 6800-ə qədər şəhid ailəsini əhatə edir. Hesab edirəm ki, könüllülərə və polis işçilərinə də müavinətin verilməsi vacibdir. Cənab prezident tərəfindən könüllü döyüşən və polis işçilərinə də belə bir diqqət göstərilsə sevinərik”.

Modern.az