XƏBƏR LENTİ

03 İyun 2020

Digər Xəbərlər

16 Oktyabr 2018 - 14:03

Meriyadan sürüşmə zonasında tikilmiş villalarla bağlı açıqlama:"Onların sahibləri və bu tikililəri rəsmiləşdirən şəxslər..."

Bakı Şəhər İcra Hakimiyyəti Badamdardakı sürüşmə ərazisində tikilmiş ev və obyektlərlə bağlı etirazlara aydınlıq gətirən açıqlama yayıb.

Meriyadan Strateq.az-a daxil olan məlumata görə, Badamdar qəsəbəsi, Badamdar şossesindəki kəskin dağ yamacında baş vermiş sürüşmə zonasinda yerləşən mövcud tikililər əsas etibarı ilə keçən əsrin 90-cı illərində tikilmiş fərdi yaşayış evləridir: “Bu tikililər inşası başa çatandan sonra vətəndaşlar tərəfindən rəsmiləşdirilib. Lakin yamacdakı tikililərin sahibləri və bu tikililəri rəsmiləşdirən şəxslər mövcud landşaftı nəzərə almalı idilər. Bu da onların üzərindən məsuliyyəti kənarlaşdırmır. Məlumat üçün bildiririk ki, Badamdar sürüşmə zonasinda əksəriyyətində yaşayış olmayan 11 fərdi yaşayış evi vardır. Burada yaşayan sakinlər köçürülüb və ərazidəki 2 obyektin fəaliyyəti dayandırılıb”.