XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 October 2018 - 15:29

“KİM TİKƏ, KİMƏ QALA” –  Ermənilər Kəlbəcər və Laçında yeni yaşayış binaları salmağı planlaşdırırlar

Lragir.am (Ermənistan), 16.10.2018

 

Artsax Respublikasının (Dağlıq Qarabağ-red.) prezidenti oktyabrın 15-də “Artsax Ruts İnevstment” (ARİ) təşkilatının nümayəndə heyətini qəbul edib.

Artsax Respublikası (Dağlıq Qarabağ-red.) Prezidentinin baş informasiya idarəsinin xəbər verdiyinə görə, Artsaxda (Dağlıq Qarabağ-red.) müxtəlif proqramların həyata keçirilməsinə dair məsələlər müzakirə olunub.

Prezident Saakyan Artsaxın (Dağlıq Qarabağ-red.) inkişaf və abadlığına ARİ-nin cəlb edilməsinin önəmini qeyd edərək əlavə edib ki, təşkilatın sayəsində respublikada bir sıra strateji proqramlar həyata keçirilib.

Bako Saakyan görüşdə deyib ki, Araz çayının sahili boyunca üçüncü Ermənistan-Artsax yolu salına bilər.

Artsax Respublikasının (Dağlıq Qarabağ-red.) dövlət naziri Qriqori Martirosyan oktyabrın 15-də “Artsax Ruts İnvestment” (ARİ) yatırım şirkətinin səhmdarlar qrupunu qəbul edib. Martirosyanın sözlərinə görə,  proqramın genişləndirilməsi haqda mövcud sazişlər çərçivəsində hazırlıq işləri aparılır və Kaşataq (Laçın-red.) rayonunun Aqavno qəsəbəsində 20 mənzilKarvaçarda (Kəlbəcər-red.) 50 binanın inşası haqda layihə-smeta sənədləri Hamilər Şurasına təqdim olunacaq.

Şəhərsalma naziri Karen Şahramanyan təklif edilən layihələr haqda nazirliyin gördyü işləri slaydlar vasitəsilə iştirakçıların diqqətinə çatdıraraq qeyd edib ki, bunlar növbəti ay boyunca başa çatdırılacaq.

Onun sözlərinə görə, ARİ şirkəti respublikada kənd təsərrüfatı, artıq 2015-dən sonra isə mənzil inşası sahəsində fəaliyyətə başlayıb. K. Şahramanyan deyib: “Mənzil inşası üçün Aqavno icması seçilib və ilk 50 evin inşaat işləri artıq bitib.  Bir neçə ay ərzində daha 20 yaşayış binasının inşası haqda məsələ təşkilat üzvlərilə müzakirə olunur. Bunlar birmərtəbəli və zirzəmisi, 1200 kvadrat metrədək torpaq sahəsi olacaq. Çevrə gecə işıqları, daimi su, kanalizasiya xətlərilə təmin olunacaq. Dövlət, büdcə vəsaitiylə xarici əlaqələrin də təkmilləşdirilməsini öhdəsinə götürür. Bir ay ərzində gərəkən materialları təqdim edəcəyik, bundan sonra müzakirə aparmaq və yekun qərar almaq mümkün olacaq”.

ARİ Hamilər Şurasının üzvü Vaan Qasarcyan Artsax (Dağlıq Qarabağ-red.) hökumətilə əməkdaşlıqdan məmnunluq ifadə edib və deyib ki, proqrama qatılanların sayı ilbəil artır. O, Karvaçarda (Kəlbəcər-red.) mənzil inşasına toxunaraq qeyd edib ki, layihə Avstraliya erməniləri tərəfindən həyata keçiriləcəyindən rayonu “Sidney” adlandırmaq təklifi var.

Qasarcyan əlavə edib: “Bizim konkret planlarımıza demoqrafik artım və məskunlaşma daxildir. Bu günə kimi ARİ-nin yatırımlarından 5000-ə yaxın adam istifadə edib. Kaşataq (Laçın-red.) və Şaumyan (Çaykənd-red.) rayonlarında demoqrafik artım tempi xüsusən gözədəyəndir. Habelə qeyd etməyə şadam ki, yatırımlar hiss olunacaq nəticələr verib. Bunun parlaq sübutu Kaşataq (Laçın-red.) rayonunun “Məhsul bayramı”nda təqdimatı olub”.

Dövlət naziri bu ideyanı alqışlayıb və inşaat işlərinin ən yaxın aylarda başlanması haqda saziş əldə olunub. Yeni yatırımçılar cəlb etmək, həmçinin qarşılıqlı fəaliyyətin yüksəldilməsi qəsdilə buraxılmış dövlət istiqrazları, faiz dərəcələrinin icmalıyla bağlı məsələlər görüşün gedişində müzakirə olunub.

Artsax Respublikası (Dağlıq Qarabağ-red.) prezidentinin müşaviri Araik Arutyunyan, EİF Daşnaktsutyun Mərkəzi komitəsinin təmsilçisi David İşxanyan və başqa rəsmilər görüşə qatılıblar.

Tərcümə Strateq.az-ındır.