XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

17 Oktyabr 2018 - 19:14

Çavuşoğlu “Sanksiyalar axmaq hərəkət idi” dedi, Pompeo “Tezliklə qərar verəcəyik” cavabı verdi –Lirə bahalaşmaya başladı

Türkiyədə səfərdə olan ABŞ dövlət katibi Mayk Pompeo  həmkarı Mövlud Çavuşoğlu ilə təkbətək görüşüb.

Strateq.az Türkiyə mətbuatına istinadən bildirir ki, görüşdən sonra hər iki dövlətin rəsmiləri jurnalistlərə açıqlama verib.

Tərəflər rahib Bransonun həbsdən buraxılmasından sonra ABŞ-ın Türkiyəyə tətbiq etdiyi sanksiyaların götürülüb-götürülməyəcəyi barədə sualı da cavablandırıblar.

İlk olaraq Mövlud Çavuşoğlu deyib ki, Türkiyə tətbiq olunan sanksiyalar axmaq bir hərəkət olub: “Zatən, bu sanksiyalar axmaq hərəkət idi.  Artıq münasibətlərimizdə sanksiya və ya buna bənzər hərəkətlərin olmaması məsələsində həmfikirik. Sanksiyalarla münasibətləri qaydaya salmaq olmaz”

Pompeo isə rahib Bransonun azadlığıa buraxılmasından sonra sanksiyalarla bağlı tezliklə qərar verəcəklərini bildirib.

Xatırladaq ki, Pompeonun bu açıqlamasından sonra dolların lirəyə münasibətdəki kursu  avqust ayından indiyədək ən aşağı səviyyəyə enib. Hazırda Türkiyədə bir dollar 5,62 lirəyə dəyişdirilir.