XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

18 Oktyabr 2018 - 12:36

Azərbaycan Baş nazirinin keçmiş müşavirinin kürəkəni Türkiyədə güllələndi –FOTOLAR

Azərbaycan Baş nazirinin keçmiş müşaviri Musa Məmmədovun kürəkəni, türkiyəli iş adamı Mustafa Erkin Karamana silahlı hücum olub.

İş adamı İstanbulda Beykoz ərazisində maşınında atəşə tutulub. Naməlum şəxs tərəfindən Karamanın cipinə atılan 5 güllədən 2-si ona dəyib.

Məlumata görə, biznesmen ərazidən yaralı halda uzaqlaşıb, daha sonra təcili yardım vasitəsilə xəstəxanaya yerləşdirilib. Əraziyə xeyli sayda polis cəlb edilib və araşdırmalar başlanıb.

Hadisəni törədən 2 nəfər Türkiyə vaxtı ilə gecə saat 04.00 radələrində tutulub. Onlar cinayəti1 tapança və 2 ov tüfəngi ilə törədiblər.

Qeyd edək ki, iş adamı Mustafa Erkin Karaman 2012-ci ildə Azərbaycan baş nazirinin keçmiş müşaviri Musa Məmmədovun qızı Günel Məmmədova ilə Çırağan Sarayında evlənib.

Xatırladaq ki, Musa Salam oğlu Məmmədov 1992-ci ildə Azərbaycan Respublikası Baş nazirinin müşaviri təyin edilib/unikal.org