XƏBƏR LENTİ

03 İyun 2020

Digər Xəbərlər

18 Oktyabr 2018 - 15:20

Baş nazir iki şöbə müdirini işdən çıxardı, dövlət qulluqlarına xitam verdi –Hökumətdə dəyişiklik

Baş nazir Novruz Məmmədov bu gün Nazirlər Kabinetinin iki şöbə müdirini işdən azad edib.

Strateq.az Nazirlər Kabinetinə istinadən xəbər verir ki, bu barədə verilən əmrə qərarına əsasən, Günəş Vəliyeva Nazirlər Kabineti Aparatının Hüquq şöbəsinin müdiri vəzifəsindən azad edilib. Eyni zamanda, onun dövlət qulluğuna xitam verilib.

Baş nazirin digər əmri ilə Nizami Bayramov Nazirlər Kabinetinin İşlər İdarəsinin Nəqliyyat xidməti şöbəsinin müdiri vəzifəsindən çıxarılıb. Eyni zamanda, onun da dövlət qulluğuna xitam verilib.