XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

18 Oktyabr 2018 - 20:12

Koçaryan Paşinyanın komandasını “Komediya klubu” adlandırdı:"Çox maraqlı səhnə yaranıb..."

“Bizim vəziyyətimizdə olan ölkələrin xarici siyasətdəki yanaşmalarını dəyişdirmək çətindir”.

Bunu Ermənistanın keçmiş prezidenti Robert Köçəryan deyib.

O, baş nazir Nikol Paşinyanın Rusiyaya yönəlik siyasətini şərh edib: “Biz xüsusi hərbi-siyasi müttəfiqik və buna alternativ yoxdur. Düşünürəm ki, bu istiqamətdə hansısa dəyişiklik olsa, bunu yumşaq formada etməyə çalışa bilər. Əvvəllər Paşinyanın siyasətdə radikal dəyişikliklər edəcəyinə inanmağa başlamışdım. Amma NATO-ya yaxınlaşmaq üçün Rusiyanın Ermənistandakı hərbi bazalarını çıxarmaq lazımdır. Lakin siz Qarabağ məsələsində və ölkənin təhlükəsizliyndə məsuliyyət daşıyırsınız”.

Köçəryan əlavə edib: “İlk növbədə 20 ildən çoxdur nə baş verdiyinə baxmaq lazımdır. Buna görə də, hər şeyin bir günün içində 180 dərəcə dəyişməyəcəyi də məlumdur”.

Keçmiş prezident Nikol Paşinyanın başçılıq etdiyi siyasi komandanı “komediya klubu” adlandırıb: “Son vaxtlar bu “komediya klubu” İrəvanda bir sıra ölkələrlə əlaqələrimizi müzakirə edirlər. Çox maraqlı səhnə yaranıb. Onlar hələ indi nə baş verdiyini başa düşməyə başlayıblar. Buna görə çox gülməli şəkildə yumşalırlar”.

Teleqraf.com