XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

26 Aprel 2015 - 08:58

Ermənilər Qarabağı viran günə qoyublar! – Rusiyalı jurnalistlər fotosessiya etdi (FOTOLAR)

Bir sıra Rusiya KİV-ləri Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərindən fotossesiya dərc ediblər.

Strateq.az Anspress-ə istinadən xəbər verir ki, əsasən Ağdam və Şuşanın görüntüləri yer alan bəzi şəkillər “Kabus şəhərlər” başlığı altında dərc olunub.

Yüz il qabaq Osmanlı imperiyasında baş vermiş faciəli hadisələrə görə Ermənistanın Türkiyəyə qarşı iddialarına toxunan rus jurnalistlər erməni başkəsənlərin işğal etdikləri əraziləri xaraba qoyduğunu vurğulayırlar: “Azərbaycanın bir zaman müxtəlif millətlərin yaşadığı çiçəklənmiş bu ərazisi indi təravətini itirib. Dağılmış yollar, xaraba qalmış şəhərlər və kəndlər, infrastrukturun olmaması göstərir ki, status-kvo qaldıqca, erməni seperatçıları tərəfindən blokadaya salınmış Dağlıq Qarabağın heç bir gələcəyi yoxdur”.