XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 October 2018 - 15:43

Elmar Vəliyevin oğlu tutduğu vəzifədən istefa verdi:"İşlərim çoxdur..."

Gəncənin sabiq icra başçısı Elmar Vəliyevin oğlu, “Kəpəz” Peşəkar Futbol Klubu İctimai Birliyinin İdarə Heyətinin sədri Elmir Vəliyev tutduğu vəzifədən istefa verib.

Strateq.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında açıqlama verilib.

Bildirilib ki, o, istefa qərarını  işlərinin çoxluğu ilə əlaqələndirib.

Məlumatda o da qeyd olunub ki, Elmir Vəliyevin yerinə hələlik heç bir təyinat yoxdur.

Xatırladaq ki, Elmir Vəliyev 2015-ci ilin may ayından “Kəpəz” PFK İctimai Birliyinin İdarə Heyətinin sədri idi.