XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 October 2018 - 13:45

ƏRDOĞAN ƏR-RİYAD REJİMİNİ DALANA DİRƏDİ:"Niyə əsas günahkarları aradan çıxarmaq istəyirlər?!" - VİDEO

“Camal Xaşuqci vəhşi bir cinayətə qurban gedib”.

Strateq.az xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Ərdoğan partiyasının toplantısında deyib.

Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı bu cinayəti etiraf edərək, lazımi addımı atıb: “Düzdür, bu cinayət Səudiyyənin Baş konsulluğunda baş verib. Baş Konsulluq o ölkənin ərazisi sayılsa da, unudulmamalıdır ki, hadisə Türkiyə dövlətinin sərhədləri daxilindədir. Ona görə də, biz bu cinayəti sonadək araşdıracağıq və bütün lazımi addımları atacağıq. Kimsə diplomatik toxunulmazlıq pərdəsi altında gizlənməklə, bu cinayətdən yaxasını qurtara bilməz”.

Ərdoğan daha sonra cinayətdən əvvəl Türkiyəyə göndərilən 15 nəfərlik heyət, Xaşuqcinin cəsədinin harada olması və digər qaranlıq qalan məsələlərlə bağlı Ər-Riyada sərt suallar ünvanlayıb: “O 15 nəfərlik dəstə Türkiyəyə kim tərəfindən, hansı məqsədlə göndərilb?! Niyə bu vəhşi cinayəti 3-5 nəfərin üstünə yıxıb, əsas günahkarları aradan çıxarmaq istəyirlər?! Bunlar hamısı üzə çıxmalıdır! Xaşuqcinin cəsədi hardadır?! Harada gizlədilib?! Və yaxud Səudiyyəli yetkili “Xaşuqcinin cəsədi xalçaya bükülüb, yerli adama təhvil verildi” deyəndə, kimi nəzərdə tutub?! Bu yerli  adam kimdir?!  Biz bunların da aydınlığa çıxarılmasını istəyirik, bunu üzə çıxaracağıq da”.