XƏBƏR LENTİ

25 May 2020
24 May 2020

Digər Xəbərlər

23 Oktyabr 2018 - 17:20

KRAL, NƏHAYƏT, DANIŞDI:“Kim olursa olsun, Xaşuqcinin qatilləri cəzalandırılacaq”

“Kim olursa olsun, Camal Xaşuqcinin öldürülməsində iştirak edənlər, bu qətlə görə məsuliyyət daşıyanların hamısı cəzalandırılacaq”.

Strateq.az Türkiyənin NTV kanalına istinadən xəbər verir ki, bu bəyanatı Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud verib.

Onu da qeyd edək ki, belə bir bəyanatı bu gün sözügedən ölkənin Xarici işlər nazir Adil əl-Cübeyr də İndoneziyaya səfəri zamanı keçirdiyi mətbuat konfransında deyib.

XİN başçısı deyib ki, Xaşuqcinin qatilləri cəzalandırılacaqlar: “Bir daha belə oxşar hadisənin təkrarlanmayacağını bəyan edirəm”.